10:31 03-05-2010
news_image
536
STOLÜSTÜ OYUNLAR

Yağış “Prezident kuboku”nun təqvimini dəyişdi

Bu gün Sahil bağında məşhur şahmatçıların iştirakı ilə keçirilməsi nəzərdə tutulan seans baş tutmayacaq. Azərbaycan Şahmat Federasiyasından apasport.az saytına verilən məlumata görə, 87 lövhədə azyaşlı uşaqlar üçün seansın baş tutmasının səbəbi paytaxtda yağan yağışdır. Bunun üçün ölkəmizə gələn əcnəbi şahmatçılar - Vladimir Kramnik (Rusiya), Qata Kamski (ABŞ), Yudit Polqar (Macarıstan), Emil Sutovski (İsrail) bu gün öz ölkələrinə qayıdacaqlar.