12:01 03-05-2010
news_image
1134
STOLÜSTÜ OYUNLAR

İsrail şahmatçısı Azərbaycan mahnısı oxudu

Bakıda keçirilən “Prezident kuboku” beynəlxalq şahmat turniri maraqlı hadisə ilə yekunlaşıb. Apasport.az saytının məlumatına görə, dünən baş tutan blits turnirdən sonra “Muğam” teatrına yollanan yarış iştirakçıları İsrail qrossmeysteri Emil Sutovskinin daha bir məharətinin şahidi olublar.

Belə ki, Sutovski heç kimin gözləmədiyi bir vaxtda mahnı oxumağa başlayıb. Öncə Azərbaycan dilində “Azərbaycan” mahnısını ifa edən şahmatçı ardınca əcnəbi operalardan bir parça səsləndirib.

Qeyd edək ki, Bakıda anadan olan Sutovski 1990-cı ildə 20 yanvar hadisələri zamanı İsrailə köçüb