12:46 03-05-2010
news_image
610
STOLÜSTÜ OYUNLAR

Gələn il dünya şahmat tacı uğrunda görüşlər Bakıda keçiriləcək

Bakı 2011-ci ildə şahmat üzrə daha bir mötəbər yarışa ev sahibliyi edəcək. Azərbaycan Şahmat Federasiyasından apasport.az saytına verilən məlumata görə, dünya şahmat tacı uğrunda oyunların Bakıda keçirilməsi üçün Beynəlxalq Şahmat Federasiyasına (FİDE) göndərilən rəsmi təklifə müsbət cavab alınıb. Belə ki, FİDE bu nüfuzlu yarışın Azərbaycan paytaxtında keçirilməsinə qərar verib.

Xatırladaq ki, hazırda dünya şahmat tacı uğrunda Vişvanatan Anand (Hindistan) və Veselin Topalov (Bolqarıstan) arasındakı mübarizə Sofiyada keçirilir.