13:30 03-05-2010
news_image
805
DİGƏR NÖVLƏR

Tacikistan idmançısı Balakəndə xəstəxanaya düşdü

Azərbaycanın Balakən rayonunda keçirilən paraşütlə dəqiq tullanma üzrə yarışlarda Tacikistan təmsilçisi zədə alıb. APA-nın yerli bürosunun məlumatına görə, Balakən Aviasiya Mərkəzində təşkil edilmiş paraşütlə dəqiq tullanma üzrə beynəlxalq yarışların ilk günü Tacikistanı təmsil edən, 1980-cı il təvəllüdlü Abdulrzaqov Timur Ənvər oğlu paraşütla yerə enən zaman ayağından zədələnib.

Abdulrzaqov APA-ya verdiyi açıqlamasında bildirib ki, hadisə Tacikistan dövlətini təmsil edən paraşütçülər təyyarədən tullandıqdan sonra baş verib. Belə ki, Abdulrzaqov təyyarədən tulandıqdan sonra təqribən 300 metr məsafə yerə eniş edib. Sonra onun əsas paraşütündə problem yarandığından o, köməkçi paraşütdən istifadə etmək məcburiyyətində qalıb. Bu səbəbdən tacik paraşütçü təyin olunmuş hədəfdən 60-70 metr aralı məsafədə yerə enib. Bu zaman Abdulrzaqov sol ayağından ciddi zədə alıb. Hadisə yerində ilkin tibbi yardım göstərilən tacik paraşütçü dərhal Balakən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Balakən MRX-dan APA-ya verilən məlumata görə, Abdulrzaqov xəstəxanada ətraflı müayinə edilib, ona sol aşıq baldır oynağının gərilməsi və hemoartiroz dioqnozu qoyulub. Paraşütçünün sol ayağı qipisə qoyulduqdan sonra o, Balakən Aviasiya Mərkəzindəki düşərgəyə göndərilib.