17:53 03-05-2010
news_image
700
DİGƏR NÖVLƏR

“Mən onun gözlərində irəliyə getmək cəhdi gördüm”

Bolqarıstanın Buqras şəhərində bədii gimnastika üzrə keçirilən beynəlxalq turnir başa çatıb. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, ölkəmizi bu yarışda təmsil edən Dina Qorina halqa ilə yarışlarda 5-ci yeri tutub. İp və lentlə hərəkətlərdə 7-ci olan gimnastımız çoxnövçülük yarışlarında 9-cu pillədə qərarlaşıb.

İdmançımızın çıxışı ilə bağlı yığmamızın baş məşqçisi Marina Vasilyeva fikirlərini bildirib: “Fikrimcə, Dina Bolqarıstanda çox yaxşı çıxış edib. Mən onun gözlərində inkişaf etmək və irəliyə getmək cəhdi gördüm. Əlbəttə, onun potensialı var, o ki, qrupda uzun vaxt və kifayət qədər uğurla çıxış edib. Bununla belə, hələ ayrı-ayrı növlərlə, məsələn, topla diqqət və dəqiqliklə işləməlidir”.

Daha bir beynəlxalq tirnir Rusiyanın Vladimir şəhərində keçirilib. Azərbaycan gimnastlarından ən yaxşı nəticəni 11 yaşlı Emiliya Bağıyeva (öz yaş qrupunda 4-cü yer) və Nülufər Niftəliyeva (1998-ci il təvəllüdlü, 6-cı yer) göstəriblər.