15:55 06-05-2010
news_image
512
STOLÜSTÜ OYUNLAR

Məğlubiyyətsiz tur

Bosniyanın paytaxtı Sarayevoda beynəlxalq şahmat turniri start götürüb. Apasport.az saytının məlumatına görə, 31 ölkənin 120 şahmatçısının iştirak etdiyi yarışda Azərbaycan 4 zəka sahibi – Rauf Məmmədov, Nicat Məmmədov, Vasif Durarbəyli və Nicat Abasovla təmsil olunur.

Turnirin ilk turu həmvətənlərimiz üçün uğurlu alınıb. Belə ki, rəqiblərini məğlub edən həmyerlilərimiz aktivlərinə 1 xal yazıblar. Bu gün keçiriləcək görüşdə isə 2 Azərbaycan təmsilçisi üz-üzə gələcək: Rauf Məmmədov Vasif Durarbəylini sınağa çəkəcək. Digər şahmatçılarımız isə Xorvatiya və İslandiya təmsilçiləri ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, İsveçrə sistemi ilə 10 turdan ibarət olan beynəlxalq turnir mayın 14-də yekunlaşacaq.