16:24 06-05-2010
news_image
895
STOLÜSTÜ OYUNLAR

3 azərbaycanlı 1 erməniyə qarşı

Mayın 9-da Rusiyanın Həştərxan şəhərində şahmat üzrə Qran-Pri turnirinin növbəti mərhələsi start götürəcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan qrossmeysterlərindən Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Vüqar Həşimov mübarizə aparacaqlar.

Turnirdə zəka sahiblərimizin rəqibi Yevgeni Alekseyev, Dmitri Yakovenko, Petr Svidler, Ernesto İnarkiyev (hamısı Rusiya), Pavel Elyanov, Ruslan Ponomaryov, Vasili İvançuk (hamısı Ukrayna), Peter Leko (Macarıstan), Boris Gelfand (İsrail), Vang Yue (Çin) və Vladimir Akopyan (Ermənistan) olacaq.

Qran-Pri turnirinin Həştərxan mərhələsi mayın 25-dək davam edəcək.