17:08 06-05-2010
news_image
810
DİGƏR NÖVLƏR

Mayk Svini: Azərbaycan idman ölkəsinə çevrilib

Bakıda mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş pauerliftinq üzrə kişi və qadınlar arasında Dünya kubokuna hazırlıqla bağlı mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, konfransda Beynəlxalq Pauerliftinq Federasiyasının (WPC) prezidenti Mayk Svini, Rusiya Pauerliftinq Federasiyasının (RPF) prezidenti Yuri Ustinov və Azərbaycan Pauerliftinq Federasiyasının (APF) prezidenti Ələddin Əliyev iştirak ediblər.

Azərbaycana yenidən gəldiyi üçün şad olduğunu bildirən Mayk Svini ölkəmizin ardıcıl olaraq mötəbər yarışlara ev sahibliyi etməsini müsbət qiymətləndirib: “Prezident İlham Əliyevin idmana göstərdiyi yüksək diqqət və qayğısından sayəsində Azərbaycan idman ölkəsinə çevrilib. Bunun nəticəsi olaraq, Bakıda daha bir beynəlxalq yarış start götürür. Pauerliftinqçilərin mübarizə aparacağı yarışda dünyanın 17 ölkəsindən 200 idmançı iştirak edəcək”.

Azərbaycanda mötəbər yarışların keçirilməsi üçün gözəl şəraitin olduğunu bildirən Yuri Ustinov tikilən Olimpiya Komplekslərinin ölkəmizdə idmanın inkişafının göstəricisi olduğunu bildirib. O, Azərbaycanın pauerliftinq üzrə digər mötəbər yarışlara da ev sahibliyi edəcəyinə əminliyini qeyd edib.

Daha sonra Ələddin Əliyev bildirib ki, Bakıda keçiriləcək pauerliftinq üzrə Dünya kuboku yarışları üçün ABŞ-dan yeni avadanlıq alınıb. Yarışın medalları xüsusi olaraq İtaliyada hazırlanıb.

AzərTac