17:36 06-05-2010
news_image
1053
DİGƏR NÖVLƏR

Nelson Pesola - Azərbaycan yığmasının yeni baş məşqçisi!

Azərbaycanda sabiq prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş III Beynəlxalq Konkur Yarışı başlayıb. APA-nın məlumatına görə, Azərbaycan Atçılıq Federasiyası tərəfindən təşkil olunmuş yarışda Azərbaycan, Bolqarıstan, Böyük Britaniya, Gürcüstan, Almaniya və Rusiyadan olan idmançılar iştirak edir.

Azərbaycan Atçılıq Federasiyasının vitse-prezidenti Mahir Muradov bildirib ki, ikinci dərəcəli beynəlxalq yarışa Azərbaycandan 18 idmançı 27 atla qatılıb. Üç gün davam edəcək beynəlxalq yarışda Azərbaycanı “Sərhədçi AİK”, “Günay AT”, “Murad AK” və “Atçılıq Məktəbi” klubları təmsil edir. Yarışın direktoru Bəhruz Nəbiyev isə deyib ki, qalib gələn idmançılar 2010-cu il dünya kubokuna vəsiqə qazanacaq. Artıq Olimpya oyunlarında iştirak edəcək Azərbaycan atçılarının seçildiyini də söyləyən Nəbiyevin sözlərinə görə, bunlar Camal Rəhimov, Françesko Franko, Patrik Makkenzi və Cerri Smitdir.

Daha sonra yarışa start verilib.

Yarışın sonunda Atçılıq Federasiyasının prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Azərbaycan komandasının üzvləri ilə görüşüb. Azərbaycan milli komandasının yeni təyin olunmuş baş məşqçisi Nelson Pesolanı da təqdim edən Quliyev yaxın illərdə 3 atçılıq idman kompleksinin tikilib istifadəyə veriləcəyini açıqlayıb.

Beynəlxalq yarış mayın 8-də başa çatacaq.