10:17 07-05-2010
news_image
632
STOLÜSTÜ OYUNLAR

Abbasov islandiyalı rəqibinə uduzdu

Bosniyada keçirilən beynəlxalq şahmat turnirində II turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, birinci turda uğurlu çıxış edən 4 həmyerlimizin hamısı bu dəfə xal itirib.

Belə ki, Rauf Məmmədov və Vasif Durarbəyli öz aralarında heç-heçə ediblər. Nicat Məmmədov da komanda yoldaşları kimi görüşü sülhlə başa vurub. O, xorvatiyalı Zufic Miroslavla xalları bölməyə razılaşıb. Digər təmsilçimiz Nicat Abbasov isə Gislason Gudmundurlə (İslandiya) matçda məğlubiyyətdən qaça bilməyib.

Beləliklə, ikinci turda itirilən xallar şahmatçılarımızın ilk “20-liy”i tərk etməsi ilə nəticələnib.

Qeyd edək ki, turnirin qalibləri mayın 14-də müəyyənləşəcək.