10:16 10-05-2010
news_image
462
STOLÜSTÜ OYUNLAR

Məmmədov üçün uğurlu tur

Bosniyanın paytaxtı Sarayevoda keçirilən şahmat üzrə beynəlxalq turnir davam edir. Apasport.az saytının məlumatına görə, yarışın son turunu Nicat Məmmədov və Vasif Durarbəyli qələbə ilə başa vurublar. Onlardan fərqli, 5-ci turda Rauf Məmmədov heç-heçə, Nicat Abbasov isə məğlubiyyətlə yadda qalıb.

Mayın 14-dək kimi davam edəcək turnirdə Azərbaycan şahmatçılarından hələlik ən yaxşı nəticə Nicat Məmmədov və Vasif Durarbəyliyə (4 xal) məxsusdur. Əmsallara görə, təmsilçilərimiz müvafiq olaraq 13-cü və 16-cı pillədə qərarlaşıblar. Onları liderdən 0,5 xal ayırır.

Reytinqinə görə, yarışda 120 şahmatçı arasında 7-ci olan Rauf Məmmədovun zəif çıxışı isə onun 31-ci pillədə yer alması ilə nəticələnib (3,5 xal). Digər şahmatçımız Nicat Abbasov isə 2 xalla 119-cudur.