19:53 10-05-2010
news_image
827
STOLÜSTÜ OYUNLAR

Yalnız Vüqar Həşimov qələbə qazandı - YENİLƏNİB

Rusiyanın Həştərxan şəhərində FİDE Qran-Pri turnirinin növbəti mərhələsi start götürüb. Apasport.az saytının xəbərinə görə, bu gün yarışın ilk turunun oyunları keçirilib. Turnirdə mübarizə aparan 3 Azərbaycan şahmatçısından yalnız biri turu qələbə ilə başa vurub. Ümumiyyətlə, günün baş tutan partiyalarında yalnız bir qələbə qeydə alınıb ki, burada da Vüqar Həşimov ağ fiqurlarla ukraynalı Vasili İvançuku 34-cü gedişdə təslim edib.

Vüqar Həşimov (Azərbaycan) – Vasili İvançuk (Ukrayna) – 1:0
Vladimir Akopyan (Ermənistan) – Boris Gelfand (İsrail) – 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Dmitri Yakovenko (Rusiya) – 0,5:0,5
Van Yue (Çin) – Peter Leko (Macarıstan) – 0,5:0,5
Yevgeni Alekseyev (Rusiya) – Teymur Rəcəbov (Azərbaycan) – 0,5:0,5
Ernesto İnarkiyev (Rusiya) – Ruslan Ponomaryov (Ukrayna) – 0,5:0,5
Pavel Elyanov (Ukrayna) – Petr Svidler (Rusiya) – 0,5:0,5

İkinci turun oyunları sabah baş tutacaq. Həmvətənlərimizdən Rəcəbov ağ fiqurlarla İnarkiyevə qarşı oynayacaq. Qara fiqurlarla oynayacaq Həşimov Yakovenko ilə, Məmmədyarov isə Gelfandla üz-üzə gələcək.