10:03 11-05-2010
news_image
533
STOLÜSTÜ OYUNLAR

Şahmatçılarımız mövqelərini yaxşılaşdırıblar

Bosniyada keçirilən beynəlxalq şahmat turniri yekunlaşmaq üzrədir. Apasport.az saytının məlumatına görə, yarışın VI turunda həmyerlilərimizdən yalnız Vasif Durarbəyli məğlubiyyətlə üzləşib. O, hindistanlı Gopal Getha ilə görüşdə şahını qoruya bilməyib və 19 pillə geriləyib.

Ondan fərqli, Rauf Məmmədov və Nicat Abbasov qələbə qazanaraq, mövqelərini yaxşılaşdırıblar. Aktivində 4,5 xalı olan Məmmədov 31-ci yerdən 18-ci yerə, 3 xal toplayan Abbasov 119-cu yerdən 85-ci yerə yüksəlib.

Bu turda heç-heçə edən Nicat Məmmədovun isə 4,5 xalı olsa da, əmsallara görə 21-cidir.

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən yarışda 31 ölkədən 120 zəka sahibi mübarizə aparır. Turnirin başa çatmasına 4 tur qalıb.