09:35 12-05-2010
news_image
553
STOLÜSTÜ OYUNLAR

Vişvanatan Anand şahmat tacını özündə saxladı

Bolqarıstanın paytaxtı Sofiyada dünya şahmat tacı uğrunda keçirilən görüş başa çatıb. Apasport.az saytının məlumatına görə, 12 partiyadan ibarət yarışda Vişvanatan Anand Veselin Topalova 6,5:5,5 hesabı ilə qalib gələrək, dünya çempionu titulunu qoruyub.
Son oyuna kimi hesab 5,5:5,5 olsa da, yekun matçda qələbə qazanan hindistanlı şahmatçı həm də 1,2 milyon avroya sahib olub.

Veselin Topalov məğlub olsa da, 2 milyon avro mükafat fondu olan dünya tacının 800 min avrosu bolqarıstanlı şahmatçıya verilib.

Qeyd edək ki, bu mötəbər yarış növbəti dəfə Azərbaycanda təşkil ediləcək.