Məmmədyarov erməni ilə bacarmadı, Həşimov yerində qaldı - YENİLƏNİB
Rusiyanın Həştərxan şəhərində keçirilən şahmat üzrə FİDE Qran-Pri turniri davam edir. Apasport.az saytının məlumatına görə, bu gün IV tur çərçivəsində hər 3 qrossmeysterimiz lövhədən yarım xalla ayrılıb.
Teymur Rəcəbov Petr Svidlerlə, Vüqar Həşimov Pavel Elyanovla, Şəhriyar Məmmədyarov isə erməni Vladimir Akopyanla heç-heçə oynayıb.
IV tur
Petr Svedler (Rusiya) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Peter Leko (Macarıstan) - Ruslan Ponomaryov (Ukrayna) - 0,5:0,5
Vasili İvançuk (Ukrayna) – Ernesto İnarkiyev (Rusiya) - 0:1
Dmitri Yakovenko (Rusiya) - Yevgeni Alekseyev (Rusiya) - 0,5:0,5
Boris Gelfand (İsrail) - Yue Van (Çin) - 0,5:0,5
Pavel Elyanov (Ukrayna) - Vüqar Həşimov (Azərbaycan) - 0,5:0,5
Vladimir Akopyan (Ermənistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5
IV turdan sonra turnir cədvəli: Həşimov, Gelfand, İnarkiyev, Leko, Ponomaryov, Elyanov - 2,5, Van Yue, Rəcəbov, Yakovenko - 2, Akopyan, Alekseyev, Məmmədyarov, Svidler –1,5, İvançuk 1.