09:52 14-05-2010
news_image
590
DİGƏR NÖVLƏR

Dünya kubokuna 4 idmançımız yollanır

Mayın 19-da Almaniyanın Bad Orb şəhərində paralimpiyaçı güllə atıcıları arasında Dünya kubokuna start veriləcək. Azərbaycan Paralimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, yarışda ölkəmizin idman şərəfini baş məşqçi Vitali Sotnikovun rəhbərliyi altında Yelena Taranova, Əkbər Muradov, Elşad Məmmədov və Kamran Zeynalov qoruyacaqlar. 4 gün davam edəcək turnir başa çatdıqdan sonra snayperlərimiz analoji yarışın növbəti mərhələsində məharətlərini yoxlamaq üçün Fransanın Vulmeranj şəhərinə yollanacaqlar.

Qeyd edək ki, “Xoruzlar ölkəsində” keçiriləcək Dünya kuboku mayın 25-29-da olacaq.