20:45 14-05-2010
news_image
905
STOLÜSTÜ OYUNLAR

Pavel Elyanov Vüqar Həşimovu qabaqladı - YENİLƏNİB

Rusiyanın Həştərxan şəhərində keçirilən şahmat üzrə FİDE Qran-Pri turniri davam edir. Apasport.az az saytının məlumatına görə, son 3 turda heç-heçələri sıralayan qrossmeysterlərimiz bu gün də qələbə qazana bilməyiblər.

Belə ki, Vüqar Həşimov V turda erməni Vladimir Akopyanla, Şəhriyar Məmmədyarov Petr Svidlerlə, Teymur Rəcəbov isə macarıstanlı Peter Leko ilə xalı yarı bölüblər.

V tur

Yue Van (Çin) - Pavel Elyanov (Ukrayna) - 0:1
Ernesto İnarkiyev (Rusiya) - Dmitri Yakovenko (Rusiya) - 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan) - Peter Leko (Macarıstan) - 0,5:0,5
Yevgeni Alekseyev (Rusiya) - Boris Gelfand (İsrail) - 0,5:0,5
Vüqar Həşimov (Azərbaycan) - Vladimir Akopyan (Ermənistan) - 0,5:0,5
Ruslan Ponomaryov (Ukrayna) - Vasili İvançuk (Ukrayna) - 0:1
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Petr Svedler (Rusiya) - 0,5:0,5

Turnir cədvəli: Elyanov – 3,5. Həşimov, Gelfand, İnarkiyev, Leko – 3. Ponomaryov, Rəcəbov, Yakovenko – 2,5. Akopyan, Alekseyev, Van Yue, İvançuk, Məmmədyarov, Svidler – 2.

Qeyd edək ki, şahmatçılar sabah istirahət edəcəkjlər. Altıncı turun oyunları bazar günü baş tutacaq.