13:51 15-05-2010
news_image
917
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov Anatoli Karpovla oynayacaq

Mayın 27-də Ukraynanın Odessa şəhərində sürətli şahmat üzrə Peşəkar Şahmatçılar Assosiasiyasının təşkilatçılığı ilə IV Dünya kuboku start götürəcək. Apasport.az saytının məlumatına görə, 16 qrossmeysterin mübarizə aparacağı yarışda Azərbaycanın idman şərəfini Vüqar Həşimov qoruyacaq. Həmyerlimizin rəqibləri Anatoli Karpov, Petr Svedler, Dmitri Yakovenko, Aleksandr Qrişuk, Ernesto İnarkiyev, Aleksandr Motılyov (hamısı Rusiya), Vasili İvançuk, Pavel Elyanov, Aleksandr Moyseenko, Yuri Drozdovski (hamısı Ukrayna), Arkadi Naydiç (Almaniya), Etyen Bakro (Fransa), Aleksey Şirov (İspaniya), Sergey Movsesyan (Slovakiya) və Mixael Qureviç (Türkiyə) olacaqlar.

Olimpiya sistemi ilə keçiriləcək yarışda hər şahmatçı finalda 4 görüş keçirəcək. Kubokdakı matçlarda heç-heçə qeydə alınarsa, əlavə olaraq iki 5 dəqiqəlik qarşılaşma olacaq. Bu görüşlər də sülhlə yekunlaşacağı təqdirdə, ağ fiqurlarla oynayanlara 1 dəqiqə əlavə vaxt veriləcək. Əlavə vaxt isə onlar növbəti mərhələyə vəsiqə əldə etmək üçün mütləq qələbə qazanmalıdırlar.

Qeyd edək ki, 3 gün davam edəcək Dünya kubokunun mükafat fondu 70.000 ABŞ dollarıdır. Turnirin qalibi 14.000 ABŞ dolları qazanacaq.

Son dünya kubokunun qalibi adına israilli Boris Gelfand layiq görülüb.