22:06 18-05-2010
news_image
1596
STOLÜSTÜ OYUNLAR

Şəhriyardan ilk qələbə, Vüqarla Teymurdan növbəti heç-heçə

Rusiyanın Həştərxan şəhərində təşkil edilən FİDE Qran-Pri turnirində VIII turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, 3 şahmatçı ilə təmsil olunduğumuz yarışda Teymur Rəcəbov Boris Gelfanda (İsrail) qarşı mübarizə aparıb. Həmyerlimiz qara fiqurlarla oynayıb və 40-cı gedişdə rəqiblər xalı yarı bölüblər.

Turnirə qələbə ilə başlayan və son 6 oyunda heç-heçə edən Vüqar Həşimov yenə yarım xalla kifayətlənib. O, Van Yue (Çin) ilə görüşün endşpilində piyada üstünlüyünə malik olsa da, 62-ci gedişdə heç-heçə qeydə alınıb.

Şəhriyar Məmmədyarov isə rusiyalı Yevgeni Alekseyevlə qüvvəsini sınayıb. Artıq bu lövhədə qalib müəyyənləşib. Həmyerlimiz rəqibini 33-cü gedişdə məğlub edib.

VIII tur

Petr Svidler (Rusiya) - Vasili İvançuk (Ukrayna) - 0,5:0,5
Dmitri Yakovenko (Rusiya) - Peter Leko (Macarıstan) - 0,5:0,5
Boris Gelfand (İsrail) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Pavel Elyanov (Ukrayna) - Ruslan Ponomaryov (Ukrayna) - 0:1
Vladimir Akopyan (Ermənistan) - Ernesto İnarkiyev (Rusiya) - 1:0
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Yevgeni Alekseyev (Rusiya) - 1:0
Vüqar Həşimov (Azərbaycan) - Yue Van (Çin) - 0,5:0,5


VIII turdan sonra turnir cədvəli:
Həşimov, Leko, Elyanov, Yakovenko – 4,5. İnarkiyev, Alekseyev, Məmmədyarov, Van Yue, Gelfand, Rəcəbov, Ponomaryov – 4. İvançuk, Svidler – 3,5. Akopyan – 3.