21:55 19-05-2010
news_image
1281
STOLÜSTÜ OYUNLAR

Rəcəbov uduzdu, Şəhriyardan növbəti qələbə - YENİLƏNİB

Rusiyanın Həştərxan şəhərində keçirilən FİDE Qran-Pri turniri davam edir. Apasport.az saytının məlumatına görə, bu gün yarışın IX turunun oyunları baş tutub.

Milli komandamızın üzvlərindən Şəhriyar Məmmədyarov qara fiqurlarla Ernesto İnarkiyevə (Rusiya) qarşı mübarizə aparsa da, lövhədən qələbə ilə ayrılıb. Rəqibini 46-cı gedişdə təslim edən Məmmədyarov ardıcıl ikinci qələbəsini rəsmiləşdirib.

Digər həmyerlimiz Teymur Rəcəbov Pavel Elyanovla (Ukrayna) üz-üzə gəlib. Turnirdə ancaq heç-heçələri sıralamaqla yadda qalan Rəcəbov bu dəfə yarım xala da həsrət qalıb.

Vüqar Həşimov gəlincə, liderlər qrupunda yer alan qrossmeysterimiz Yevgeni Alekseyevlə (Rusiya) xalı yarı bölüb.

IX tur

Vasili İvançuk (Ukrayna) - Dmitri Yakovenko (Rusiya) - 0,5:0,5
Ernesto İnarkiyev (Rusiya) – Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0:1
Yevgeni Alekseyev (Rusiya) - Vüqar Həşimov (Azərbaycan) - 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan) - Pavel Elyanov (Ukrayna) - 0:1
Peter Leko (Macarıstan) - Boris Gelfand (İsrail) - 0,5:0,5
Yue Van (Çin) - Petr Svidler (Rusiya) - 0,5:0,5
Ruslan Ponomaryov (Ukrayna) - Vladimir Akopyan (Ermənistan) - 0,5:0,5

IX turdan sonra vəziyyət: Elyanov – 5,5. Həşimov, Leko, Məmmədyarov, Yakovenko – 5. Alekseyev, Yue, Gelfand, Ponomaryov – 4.5. İvançuk, İnarkiyev, Rəcəbov, Svidler – 4. Akopyan – 3,5.