15:24 19-05-2010
news_image
596
DİGƏR NÖVLƏR

Milli komandamız Dünya Kubokuna yollanır

Mayın 22-də Belarusun paytaxtı Minskdə bədii gimnastika üzrə Dünya Kubokuna start veriləcək. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda fərdi növlərdə ölkəmizin şərəfini Aliyə Qarayeva, Anna Qurbanova, Samirə Mustafayeva və Dina Qorina qoruyacaqlar.

Bu mötəbər yarışda həmçinin, Ceyla Quliyeva, Nigar Əbdülsəlimova, Ayelita Xələfova, Cəmilə Hüseynova, Anastasiya Prasolova və Stefani Trayanovadan ibarət qrup komandamız da qüvvəsini sınayacaq.

Qeyd edək ki, Dünya kuboku 2 gün davam edəcək.