13:16 20-05-2010
news_image
662
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov: Qələbə qazanmağın yolunu tapmışam!

“Oyun çox gərgin idi. Mən riskli gediş etdim. Matçın gedişində çətin vəziyyətə düşmüşdüm. Düzdür, qara fiqurların qələbəsini görməsəm də, təhlükə yaratmışdım. Artıq bu görüşdə heç-heçə etmək və ya uduzmaq arasında heç bir fərq görmürdüm”. Apasport.az saytının məlumatına görə, bu sözləri şahmat üzrə Qran-pri turnirində Evgeni Alekseyev (Rusiya) üzərində qələbədən sonra Şəhriyar Məmmədyarov deyib.

Azərbaycanın ən reytinqli qrossmeysteri heç bir yarışda belə oynamadığını və gərgin mübarizədən sonra qələbə qazandığına görə sevincli olduğunu dilə gətirib: “Mən turnirlərdə heç vaxt bu cür oynamırdım. Ancaq burada belə gedişlər etdim. Nəhayət, 7 turdan sonra qələbə qazanmağın yolunu tapmışam. Bütün “girov”ları müdafiə etdim və rəqibi tələyə saldım. Bir sözlə, çox yaxşı şahmatçıya qarşı oynadım, ancaq mən risk etmək üçün qorxmadım və görüşümüz maraqlı alındı”.