10:31 21-05-2010
news_image
718
STOLÜSTÜ OYUNLAR

Həmyerlimiz “Dünyanın gənc ulduzları” turnirindən əliboş qayıdır

Rusiyanın Kirişi şəhərində keçirilən şahmat üzrə “Dünyanın gənc ulduzları” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizi təmsil edən Ülvi Bacarani mükafatçılar arasında yer ala bilməyib.

12 şahmatçının mübarizəsində 5,5 xal toplayan gənc zəka sahibimiz rusiyalı Aleksandr Şimanovla 7-8-ci pillələri bölüşüb. Turnirin qalibi adını isə Yaroslav Jerebux (Ukrayna) qazanıb.