11:17 21-05-2010
news_image
696
DİGƏR NÖVLƏR

“Yaşıl yaşa” başlayır

Mayın 22-də Beynəlxalq Bioloji Müxtəliflik Günündə Mərkəzi Aranda ilk dəfə olaraq velosiped turu təşkil ediləcək. Apasport.az saytının məlumatına görə, “Yaşıl yaşa” adlanacaq turun keçirilməsində məqsəd yerli əhalinin diqqətini ətraf mühitin mühafizəsinə cəlb etmək və ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan velosipedi təbliğ etməkdir.

Qeyd edək ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin qarşısından start götürəcək velotur Ağdam rayonu ərazisindən keçməklə, Bərdə rayonu istiqamətində 45 km məsafəni qət etdikdən sonra Sultanbud meşəsində tamamlanacaq. Yürüş zamanı 9 məntəqədə dayanacaq iştirakçılar burada yerli əhali arasında maarifləndirmə işləri aparacaq və bu məqsədlə hazırlanmış jurnal və bukletlər paylayacaqlar.

Yarışda Aqro İnformasiya Mərkəzi, Amerika Sülh Korpusunun könüllüləri, digər təşkilatların nümayəndələri və regionda yaşayan gənclər iştirak edəcəklər.