21:22 22-05-2010
news_image
1198
STOLÜSTÜ OYUNLAR

Ənənə pozuldu: Teymur Şəhriyarı məğlub etdi, Həşimov uduzdu

Rusiyanın Həştərxan şəhərində FİDE Qran-Pri turnirinin oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, yarışın XI turu Azərbaycanın ən güclü qrossmeysterlərini üz-üzə gətirib.

Belə ki, Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov lövhə arxasına keçiblər. Adətən həmvətənlərimizin görüşündə heç-heçə qeydə alında da, bu dəfə ənənə pozulub. Ağ fiqurlarla oynayan Rəcəbov 39-cu gedişdə Məmmədyarovu məğlub olmağa məcbur edib.

Digər təmsilçimiz Vüqar Həşimov isə qara fiqurlarla Ruslan Ponomaryovu (Ukrayna) sınağa çəkib. Amma tur Şəhriyar kimi, Vüqar üçün də uğursuz alınıb. Həmyerlimiz 47-ci gedişdə təslim olub


XI tur

Vasili İvançuk (Ukrayna) - Pavel Elyanov (Ukrayna) - 0,5:0,5
Ruslan Ponomaryov (Ukrayna) – Vüqar Həşimov (Azərbaycan) - 1:0
Dmitri Yakovenko (Rusiya) - Boris Gelfand (İsrail) - 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 1:0
Yevgeni Alekseyev (Rusiya) - Petr Svidler (Rusiya) - 0,5:0,5
Ernesto İnarkiyev (Rusiya) - Yue Van (Çin) - 0,5:0,5
Peter Leko (Macarıstan) - Vladimir Akopyan (Ermənistan) - 0,5:0,5


XI turdan sonra turnir cədvəlində vəziyyət: Elyanov – 7. Rəcəbov, Həşimov, Ponomaryov, Leko, Yakovenko – 6. Məmmədyarov, Yue, Alekseyev – 5.5. Gelfand, Svidler, İvançuk – 5. İnarkiyev – 4,5. Akopyan – 4.