13:32 22-05-2010
news_image
1000
DİGƏR NÖVLƏR

Afina-2004-ün mükafatçısı bürünclə kifayətləndi

Mayın 19-da Almaniyada start götürən paralimpiyaçı güllə atıcılarının Dünya kuboku idmançılarımız üçün uğurlu alınmayıb. Apasport.az saytının məlumatına görə, 4 idmançı ilə yarışlara qatılan azərbaycanlı snayperlərdən yalnız Afina-2004-ün mükafatçısı Yelena Taranova bürünc medalla kifayətlənib. 10 metr məsafəyə atəş açmaqda hədəf önünə keçən idmançımız 370 xal toplayıb. Kişilərin yarışında isə ən yaxşı nəticə 10-cu yer olub.

Qeyd edək ki, Dünya kuboku mayın 24-nə kimi davam etsə də, həmyerlilərimiz yarışda iştiraklarını yekunlaşdırıblar.