20:44 23-05-2010
news_image
843
STOLÜSTÜ OYUNLAR

Şəhriyar qələbə qazandı, Teymur Vüqarla heç-heçə oynadı

Rusiyanın Həştərxan şəhərində FİDE Qran-Pri turnirinin altıncı mərhələsi davam edir. Apasport.az saytının xəbərinə görə, Azərbaycanın 3 şahmatçısının - Teymur Rəcəbov, Vüqar Həşimov və Şəhriyar Məmmədyarovun da qüvvəsini sınadığı yarışda bu gün XII turun oyunları keçirilib.

Ötən tur olduğu kimi, günün ən maraqlı görüşü yenə həmvətənlərimizin iştirakı ilə baş tutub. Belə ki, dünən Məmmədyarovu təslim edən Rəcəbov bu dəfə qara fiqurlarla Həşimova qarşı oynayıb. Amma Şəhriyardan fərqli, Vüqar Rəcəbovdan yarım xal qopara bilib.

Şəhriyar isə Teymura məğlubiyyətin əvəzini Peter Lekodan çıxıb. Həmyerlimiz ağ fiqurlarla macarıstanlı şahmatçını təslim edib.

XII tur

Petr Svidler – Boris Gelfand - 1:0
Pavel Elyanov – Dmitri Yakovenko - 0,5:0,5
Vladimir Akopyan – Vasili İvançuk - 1:0
Vüqar Həşimov – Teymur Rəcəbov - 0,5:0,5
Van Yue – Ruslan Ponomaryov - 0,5:0,5
Yevgeni Alekseyev – Ernesto İnarkiyev - 1:0
Şəhriyar Məmmədyarov - Peter Leko - 1:0

XII turdan sonra turnir cədvəlində vəziyyət: Elyanov – 7,5. Alelseyev, Həşimov, Məmmədyarov, Ponomaryov, Rəcəbov, Yakovenko – 6,5. Yue, Svidler – 6. Gelfand, Leko – 5,5. Akopyan, İvançuk – 5. İnarkiyev – 4.5.