20:35 24-05-2010
news_image
1248
STOLÜSTÜ OYUNLAR

Məmmədyarovla Rəcəbov “şərik” oldu

Rusiyanın Həştərxan şəhərində keçirilən FİDE Qran-Pri turnirinə bu gün yekun vurulur. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən 3 qrossmeysterimiz çempionluq şansını itiriblər.

Belə ki, son turda yarım xal qazanan Pavel Elyanov Qran-Pri turnirinin altıncı mərhələsinin qalibi olub. Hesabat turunda həmvətənlərimizdən Şəhriyar Məmmədyarov Vasili İvançukla heç-heçə oynayıb. Vüqar Həşimov isə macar Peter Lekoya uduzub.

Digər həmyerlimiz Teymur Rəcəbovun Van Yue ilə görüşündə isə qalib bəlli olmayıb.


XIII tur

Boris Gelfand (İsrail) - Pavel Elyanov (Ukrayna) - 0,5:0,5
Vasili İvançuk (Ukrayna) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5
Ruslan Ponomaryov (Ukrayna) – Yevgeni Alekseyev (Rusiya) - 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan) - Yue Van (Çin) - 0,5:0,5
Peter Leko (Macarıstan) - Vüqar Həşimov (Azərbaycan) - 1:0
Dmitri Yakovenko (Rusiya) - Vladimir Akopyan (Ermənistan) - 0,5:0,5
Ernesto İnarkiyev (Rusiya) - Petr Svidler (Rusiya) - 1:0

Turnir cədvəli: Elyanov – 8. Alekseyev, Məmmədyarov, Ponomaryov, Rəcəbov, Yakovenko – 7. Yue, Həşimov, Leko – 6,5. Gelfand, Svidler – 6. Akopyan, İvançuk, İnarkiyev – 5.5.