Məmmədyarov komanda yoldaşlarını qabaqladı
Rusiyanın Həştərxan şəhərində keçirilən şahmat üzrə Qran-Pri turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizin idman şərəfini qoruyan 3 qrossmeysterimiz ilk üçlükdə yer ala bilməyib. Belə ki, Yevgeni Alekseyev, Şəhriyar Məmmədyarov, Ruslan Ponomaryov, Teymur Rəcəbov, Dmitri Yakovenko 7 xal toplasalar da, əmsallara görə Azərbaycanın zəka sahiblərindən ən yaxşı nəticəni Məmmədyarov göstərib. Ölkəmizin və Qran-Pri turnirinin ən yüksək reytinqli şahmatçısı yarışda 4-cü olub. Onun komanda yoldaşları Teymur Rəcəbov 6-cı, Vüqar Həşimov (6,5 xal) isə 8-ci yeri tutublar.
Qeyd edək ki, Qran-Pri turnirinin qalibi adını ukraynalı Pavel Elyanov qazanıb.