11:41 26-05-2010
news_image
626
DİGƏR NÖVLƏR

Olimpiya mükafatçımız hədəfə düşə bilmədi

Amerikanın Fart Benninq ştatında güllə atıcılığı üzrə Dünya kuboku start götürüb. Apasport.az saytının məlumatına görə, bu yarışda Azərbaycanın idman şərəfini İradə Aşumova və Ruslan Lunyov qoruyurlar.

Mayın 31-nə kimi davam edəcək Dünya kubokunda Olimpiya mükafatçımız artıq ilk “imtahanını” verib. Lakin təcrübəli snayperimiz hədəfi dəqiq nişan ala bilməyib və adını ilk üçlüyə yazdırmaqda çətinlik çəkib. 10 metr məsafəyə atəş açmaqda 383 xal toplayan təmsilçimiz final mərhələsinə də yüksələ bilməyib. O, 10-cu yerlə kifayətlənib. Çempion adına isə qazaxıstanlı Zaureş Baibussinonva qazanıb.