12:38 27-05-2010
news_image
750
STOLÜSTÜ OYUNLAR

Qrossmeysterimizin rəqibi müəyyənləşdi

Peşəkar Şahmatçılar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən IV Dünya kubokunun püşkü atılıb. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın idman şərəfini qoruyan Vüqar Həşimovun rəqibləri müəyyənləşib.

Həmyerlimiz 16 qrossmeysterin qüvvəsini sınadığı turnirin 1/8 finalında rusiyalı Pavel Trequbovla üz-üzə gələcək. Şahmatçımız növbəti mərhələyə yüksələcəyi halda, 1/4 finalda Dmitri Yakovenko və Ernesto İnarkeyev cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, həmyerlimiz bu gün ilk matçını Bakı vaxtı ilə saat 21:30-da keçirəcək.