10:10 29-05-2010
news_image
1352
DİGƏR NÖVLƏR

Azərbaycan çempionatında 13 klub

Dağadırmanma üzrə Azərbaycan çempionatının startı verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Hava və Ekstremal İdman Federasiyası ilə Alpinizm federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda Bakı, Qusar, Qax və İsmayıllıdan olan idmançılar iştirak edir. Qusarın Ləzə kəndində start götürən çempionatın mükafatları uğrunda 13 klubun 70 idmançısı mübarizə aparır ki, onlar da ekstremal şəraitə uyğunlaşmaq üçün 6 ay təlim keçiblər. Dəniz səviyyəsindən 2500 metr yüksəklikdə qayalara dırmanmaq bacarığını göstərməli olan iştirakçılar 4 mərhələdə - boldinq, çətinlik, təsnifat və qoşa yarışlarda qalibləri müəyyənləşdirəcək.

Azərbaycan Hava və Ekstremal İdman Federasiyasının vitse-prezidenti Sarvan Rəsulov APA-nın şimal bürosuna bildirib ki, yarışları izləmək üçün 18 yerli hakimlə yanaşı Türkiyədən dəvət olunan mütəxəssislər də izləyir.

Qeyd edək ki, dağadırmanma üzrə Azərbaycan çempionatına mayın 30-da yekun vurulacaq.