11:17 01-06-2010
news_image
552
DİGƏR NÖVLƏR

İradə Aşumovanın oğlu sonuncu oldu

Amerikanın Fart Benninq ştatında güllə atıcılığı üzrə keçirilən Dünya kuboku başa çatıb. Apasport.az saytının məlumatına görə, 10 metr məsafəyə atəş açmaqda 383 xalla 10-cu olan İradə Aşumova növbəti cəhdində də medal qazana bilməyib.

Bu dəfə 25 metr məsafədən hədəf önünə keçən Olimpiya mükafatçımız 13-cü yeri tutub. Fart Benninqdə ölkəmizin idman şərəfini qoruyan Aşumovanın oğlu Ruslan Lunyov da fəxri kürsüyə yüksələ bilməyib. 10 metr məsafəyə atəş açmaqda 14-cü olan təmsilçimiz növbəti sınaqlarında daha pis çıxış edib. Belə ki, 25 metr məsafədə mübarizə aparan idmançılar arasında 31-ci olan Lunyov 50 metr məsafədən də hədəfi dəqiq nişan ala bilməyib. O, yarışı 43 snayper arasında elə 43-cü yerdə də bitirib.