12:15 01-06-2010
news_image
880
DİGƏR NÖVLƏR

Snayperlərimizdən ən yaxşı göstərici olimpiya mükafatçımıza məxsusdur

Beynəlxalq Atıcılıq Federasiyası iyun ayı üçün snayperlərin reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, atıcılarımızdan ən yaxşı nəticə İradə Aşumovaya məxsusdur.

25 metr məsafəyə atəş açmaqda 338 xalla 17-ci sırada olan Afina-2004-ün bürünc mükafatçısı 10 metr məsafəni nişan almaqda 22-ci pillədə qərarlaşıb.

Stend atıcılığında (skit) isə Olimpiya çempionumuz Zemfira Meftahəddinova isə Pekin Olimpiadasından sonra yarışlarda iştirak etmədiyindən xeyli geriləyib. Aktivində 23 xalı olan həmyerlimiz 48-ci pillədədir. Onun qızı Regina dünya reytinq cədvəlinə adını əlavə edə bilib və 64 idmançı arasında 56-cı yeri tutur. Bu növdə isə irəlidə Nurlana Cəfərovadır. O, 111 xalla 30-cudur.