10:24 05-06-2010
news_image
638
DİGƏR NÖVLƏR

Aliyə Qarayeva və Anna Qurbanova çempion oldu

Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə Azərbaycan çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, sayca 17-ci dəfə keçirilən yarışın ilk günündə 4 dəst medal öz sahibini tapıb.

Belə ki, böyüklərin mübarizəsində çempionatın favoritləri Aliyə Qarayeva və Anna Qurbanova rəqiblərinə şans verməyiblər. İplə hərəkətlərdə Avropa çempionumuz Qarayeva qızıl medal qazana bilməsə də, halqalarla hərəkətlərin icrasında hamıdan güclü olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qurbanova isə iplə çempion adını qazanıb.

1995-1997-ci il təvəllüdlü gimnastların mübarizəsində Aişə Mustafayeva (iplə) və Lalə Yusifova (halqa ilə) Azərbaycan çempionu adını qazanıb.

Qeyd edək ki, yarışa bu gün yekun vurulacaq.