10:47 09-06-2010
news_image
846
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov “Bazna Kinq”də

İyunun 14-də Rumıniyada “Bazna Kinq” beynəlxalq şahmat turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, 6 qrossmeysterin mübarizə aparacağı yarış iştirakçıları arasında Azərbaycan yığmasının üzvü Teymur Rəcəbov da olacaq.

Həmyerlimiz turnirdə Van Yue (Çin), Boris Gelfand (İsrail), Ruslan Ponomaryov (Ukrayna), Maqnus Karlsen (Norveç) və Liviu-Diter Nisipyanuya (Rumıniya) qarşı mübarizə aparacaq. Yarışın reytinq favoriti Karlsendir. O, FİDE-nin açıqladığı son reytinqdə 2813 xalla birincidir.

“Bazna Kinq” turnirinə iyunun 25-də yekun vurulacaq.