12:12 10-06-2010
news_image
850
DİGƏR NÖVLƏR

Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti vəfat edib

Azərbaycan idman ictimaiyyətinə itki üz verib. Apasport.az saytının məlumatına görə, əməkdar bədən tərbiyəsi və idman xadimi, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Bəhram Nərimanov bu gün 77 yaşında dünyasının dəyişib.

Ölkəmizdə idman akrobatikası üzrə ilk SSRİ idman ustası adını alan Nərimanov 1959-1972-ci illərdə Azərbaycan yığma komandasının baş məşqçisi olub. O, 1960-1972 və 1994-2000-ci illərdə Azərbaycan İdman Akrobatikası Federasiyasının sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, Nərimanov ölkə prezidenti tərəfindən bədən tərbiyəsi və idmanın inkişafındakı əməyinə görə “Şöhrət” ordeninə layiq görülüb. Həmçinin prezident təqaüdçüsü olan akrobat 80-dan çox elmi məqalənin müəllifidir.