11:06 11-06-2010
news_image
612
DİGƏR NÖVLƏR

İdmançılarımız Dünya Kubokuna uğursuz başladı

İyunun 7-də İtaliyanın Lonato şəhərində start götürən stend atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışı davam edir. Apasport.az saytının məlumatına görə, 75 ölkənin 600-ə yaxın snayperinin mübarizə apardığı yarış Azərbaycan idmançıları üçün uğursuz başlayıb.

Belə ki, trap növündə mübarizəyə qoşulan Elçin Babayev və Elvin İsmayılov 143 idmançı arasında müvafiq olaraq, 135 və 138-ci yerləri tutublar. İyunun 16-dək davam edəcək Dünya Kubokunda 3 gün sonra Zemfira Meftahəddinova, Nurlana Cəfərova, Regina Meftahəddinova, Xanhüseyn Bağırov və Emin Cəfərov (hamısı skit növündə) hədəf önünə keçəcəklər.