22:46 14-06-2010
news_image
925
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov Baznada uğursuz start götürdü - YENİLƏNİB

Rumıniyanın Bazna şəhərində XX kateqoriyalı “Bazna Kings” beynəlxalq şahmat turniri start götürüb. Apasport.az saytının məlumatına görə, 4-cü dəfə keçirilən yarışda Azərbaycan qrossmeysteri Teymur Rəcəbovla (2740) yanaşı, Maqnus Karlsen (Norveç, 2813), Van Yue (Çin, 2753), Boris Gelfand (İsrail, 2741), Ruslan Ponomaryov (Ukrayna, 2733) və Liviu–Diter Nisipyanu (Rumıniya, 2672) mübarizə aparırlar.

Həmyerlimiz ilk turda qara fiqurlarla Nisipyanuya qarşı oynayıb. Təəssüf ki, Rəcəbov yarışa məğlubiyyətlə başlayıb.

Liviu–Diter Nisipyanu – Teymur Rəcəbov - 1:0
Maqnus Karlsen – Ruslan Ponomaryov - 0,5:0,5
Boris Gelfand – Van Yue - 1:0


Qeyd edək ki, yarış iki dövrədən ibarət olacaq. Turnirin qaydalarına görə, 30-cu gedişədək heç-heçəyə razılaşmaq qadağandır. Birinci yeri iki iştirakçı tutduğu təqdirdə isə əlavə oyun keçiriləcək. Üç və daha çox iştirakçı eyni xal toplayaraq ilk “üçlük”də qərarlaşarsa, onlar arasında çempionu müəyyən etmək üçün qələbələrin çoxluğu, məhsuldar şəxsi görüş, Berger əmsalı nəzərə alınacaq.