14:13 14-06-2010
news_image
718
DİGƏR NÖVLƏR

Avropa çempionumuz Qran-Pridə 3 medal qazandı

Bədii gimnastika üzrə Qran-Pri turnirinin beşinci mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Avstriyanın İnsburk şəhərində keçirilən yarışda Avropa çempionumuz Aliyə Qarayeva 3 medal qazanıb.

Belə ki, lentlə hərəkətlərin icrasında hakimlər tərəfindən 28,225 balla qiymətləndirilən təmsilçimiz fəxri kürsünün ikinci pilləsinə yüksəlib. O, halqa və iplə çıxışında isə bürünc medalla kifayətlənib.

Qeyd edək ki, ayrı-ayrı növlərdə və çoxnövçülükdə bu dəfə də rusiyalı gimnastlar birinciliyi əldən verməyib.