09:36 16-06-2010
news_image
561
DİGƏR NÖVLƏR

Azərbaycan idmançıları Dünya Kubokunu mükafatsız başa vurdular

İtaliyanın Lenato şəhərində keçirilən stend atıcılığı üzrə Dünya Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, 7 idmançı ilə təmsil olunduğumuz yarışda idmançılarımız mükafatçılar sırasına düşə bilməyiblər.

Belə ki, Dünya Kubokunun son günündə hədəf önünə keçən Emin Cəfərov 102-ci, Xanhüseyn Bağırov isə 112-ci olublar.

Qeyd edək ki, onlardan öncə çıxış edən Regina Meftahəddinova (21-ci yer), Zemfira Meftahəddinova (25-ci yer), Nurlana Cəfərova (28-ci yer), Elçin Babayev (135-ci yer) və Elvin İsmayılov (138-ci yer) da ilk 20-likdən kənarda qalmışdılar.