10:29 16-06-2010
news_image
1193
DİGƏR NÖVLƏR

Bakı 2020-ci il Yay Olimpiya Oyunlarını keçirməyə namizəd oldu

2020-ci ildə Yay Olimpiya Oyunlarını keçirməyə namizəd şəhərlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, artıq 8 ölkə bu möhtəşəm turniri keçirmək uğrunda mübarizəyə başlayıb.

Namizəd şəhərlər arasında Bakının da adı var. Paytaxtımıza rəqib isə Roma (İtaliya), Dehli (Hindistan), Tokio (Yaponiya), Toronto (Kanada), Paris (Fransa), Durban və Keyptaun (hər ikisi Cənubi Afrika Respublikası) şəhərləridir.

Olimpiya-2020-yə ev sahibliyi etmək istəyən şəhərlərin seçim mərhələsi 2013-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin Buenos-Ayresdə keçiriləcək konqresində müəyyənləşəcək.

Qeyd edək ki, Bakı 2016-cı ildə təşkil ediləcək Olimpiya Oyunlarını keçirmək üçün də namizədliyini vermişdi.