22:00 16-06-2010
news_image
970
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov tilsimi sındırdı - YENİLƏNİB


Rumıniyada keçirilən XX kateqoriyalı “Bazna Kings” beynəlxalq şahmat turniri davam edir. Apasport.az saytının məlumatına görə, bu gün baş tutan III turda Azərbaycan qrossmeysteri Teymur Rəcəbov (2740) ukraynalı Ruslan Ponomaryovla (Ukrayna, 2733) qarşılaşıb. İlk iki turda Liviu-Diter Nisipyanuya (Rumıniya, 2672) məğlub olan və Maqnus Karlsenlə (Norveç, 2813) heç-heçə edən həmyerlimiz bu turu qələbə ilə başa vurub.

III tur

Liviu–Diter Nisipyanu (Rumıniya, 2672) - Van Yue (Çin, 2753) - 0,5:0,5
Maqnus Karlsen (Norveç, 2813) - Boris Gelfand (İsrail, 2741) - 0,5:0,5
Ruslan Ponomaryov (Ukrayna, 2733) - Teymur Rəcəbov (2740) - 0:1


Turnir cədvəli: Gelfand, Nisipyanu – 2. Karlsen, Rəcəbov – 1,5. Yue, Ponomaryov – 1.