10:56 17-06-2010
news_image
747
STOLÜSTÜ OYUNLAR

Bakıda 60 min dollarlıq turnir

Avqustun sonlarında şahmat üzrə beynəlxalq “Baku open-2010” turniri keçiriləcək. Apasport.az saytının məlumatına görə, Novxanıda “AF HOTEL”də təşkil ediləcək yarışın mükafat fondu 60 min ABŞ dolları olacaq. Turnirin qalibi kubokla yanaşı, 10 min ABŞ dolları qazanacaq.

Turnirdə adlı-sanlı qrossmeysterlərin iştirakı gözlənilir.