10:38 18-06-2010
news_image
1253
DİGƏR NÖVLƏR

Azərbaycanı olimpiadada təmsil edəcək idmançılar açıqlandı – TAM SİYAHI

Avqustun 14-də Sinqapurda start götürəcək Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların adları açıqlanıb. Bu haqda Lent.az-a Sinqapur olimpiadasında ölkəmizin şef de-missionu Mirkamil Rəhimov məlumat verib.

Onun sözlərinə görə, avqustun 26-dək davam edəcək mübarizəyə Azərbaycan üçün kvota kimi 12 idmançı və 6 məşqçi yeri ayrılıb. Ölkəmizdən olimpiadaya sərbəst, yunan-Roma və qadın güləşində 5, boksda 3, cüdo, taekvondo, ağırlıqqaldırma və kanoe növlərində isə hərəyə 1 idmançı qatılacaq:

Yunan-Roma güləşi
Murad Bazarov (42 kq)
Elman Muxtarov (50 kq)

Sərbəst güləş
Kənan Quliyev (54 kq)
Əli Maqomedabirov (100 kq)

Qadın güləşi
Patimat Baqometova (52 kq)

Boks
Salman Əlizadə (48 kq)
Şaban Şahpələngov (51 kq)
Elvin İsayev (57 kq)

Cüdo
Cəlil Cəlilov (66 kq)

Taekvondo
Səbuhi İsmayılzadə (73 kq)

Ağırlıqqaldırma
Nicat Rəhimov (69 kq)

Kanoe
Radoslav Kutsev.

Bu idmançılar olimpiadada məşqçilər İlqar Abdulov (güləş), Şamil Əlimcanov (boks), Rəşad Məmmədov (cüdo), Səbuhi Zülfüqarov (taekvondo), Nizami Paşayev (ağırlıqqaldırma) və Yohan Tsülkenin (kanoe) rəhbərliyi altında çıxış edəcəklər.

Eyni zamanda, şef de-missionun köməkçisi qismində Mehman Kərimov yer alacaq.

Rəhimovun sözlərinə görə, 20 nəfərlik missiyadan əlavə xüsusi dəvət əsasında gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, baş katib Ağacan Abiyev, federasiya nümayəndələri və hakimlər də olimpiadaya qatılacaqlar.

Qeyd edək ki, Rəhimovun rəhbəri olduğu missiya Sinqapura avqustun 10-da yollanacaq və olimpiya kəndində qalacaq. Onlar Bakıya avqustun 28-də qayıdacaqlar.