10:57 18-06-2010
news_image
796
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov istirahətə lider kimi çıxdı

Rumıniyada keçirilən XX kateqoriyalı “Bazna Kings” beynəlxalq şahmat turnirində IV turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, III oyun günündə ukraynalı Ruslan Ponomaryovu (2733) məğlub edən Azərbaycan qrossmeysteri Teymur Rəcəbov (2740) bu turu da qələbə ilə başa vurub. Ağ fiqurlarla oynayan həmyerlimiz Boris Gelfandın (İsrail, 2741) da şahını mat etməkdə çətinlik çəkməyib. Maraqlıdır ki, onun kimi ağ fiqurlarla mübarizə aparan digər şahmatçılar da xal itirməyiblər.

Beləliklə, dalbadal qələbələri sıralayan Rəcəbov liderliyə yüksəlib. Karlsenlə bərabər 2,5 xalla toplayan zəka sahibimiz norveçli rəqibi ilə 1-2-ci pillələri bölüşür. Liderlərdən 0,5 xal geri qalan Ponomaryov, Gelfand və Nisipyanu növbəti 3 yeri tuturlar. Son pillədə qərarlaşan Yuenin isə aktivində 1 xalı var.

IV tur

Teymur Rəcəbov (2740) - Boris Gelfand (İsrail, 2741) – 1:0
Maqnus Karlsen (Norveç, 2813) - Van Yue (Çin, 2753) – 1:0
Ruslan Ponomaryov (Ukrayna, 2733) - Liviu–Diter Nisipyanu (Rumıniya, 2672) – 1:0


Qeyd edək ki, bu gün “Bazna Kings”də istirahət günüdür. İyunun 19-da keçiriləcək V turda isə Rəcəbov qara fiqurlarla Yueni sınağa çəkəcək.