21:05 19-06-2010
news_image
994
STOLÜSTÜ OYUNLAR

Maqnus Karlsen Teymur Rəcəbovu qabaqladı - YENİLƏNİB

Rumıniyada təşkil olunan XX kateqoriyalı “Bazna Kings” beynəlxalq şahmat turnirində bu gün V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, son iki turda ukraynalı Ruslan Ponomaryovu (2733) və israilli Boris Gelfandı (2741) məğlub edən Azərbaycan qrossmeysteri Teymur Rəcəbov (2740) bu dəfə çinli Van Yueni sınağa çəkib. Qara fiqurla oynayan həmyerlimiz Asiya təmsilçisi ilə heç-heçə edib.

V tur

Liviu–Diter Nisipyanu (Rumıniya, 2672) – Maqnus Karlsen (Norveç, 2813) - 0:1
Van Yue (Çin, 2753) – Teymur Rəcəbov (2740) - 0,5:0,5
Boris Gelfand (İsrail, 2741) – Ruslan Ponomaryov (Ukrayna, 2733) - 1:0


V turdan sonra turnir cədvəli: Karlsen – 3,5. Rəcəbov, Gelfand - 3. Nisipyanu, Ponomaryov – 2 Yue, 1,5