22:40 20-06-2010
news_image
771
STOLÜSTÜ OYUNLAR

Karlsen Rəcəbovdan bir qədər də aralandı - YENİLƏNİB

Rumıniyada keçirilən XX kateqoriyalı “Bazna Kings” beynəlxalq şahmat turniri davam edir. Apasport.az saytının məlumatına görə, bu gün baş tutan VI turda Azərbaycan qrossmeysteri Teymur Rəcəbov (2740) ağ fiqurlarla Liviu–Diter Nisipyanu (Rumıniya, 2672) ilə qüvvəsini sınayıb. İlk dövrədə yerli şahmatçıya uduzan həmyerlimizin bu görüşdə revanşı baş tutmayıb.

VI tur

Liviu–Diter Nisipyanu (Rumıniya, 2672) – Teymur Rəcəbov (2740) - 0,5:0,5
Ruslan Ponomaryov (Ukrayna, 2733) - Maqnus Karlsen (Norveç, 2813) - 0:1
Van Yue (Çin, 2753) – Boris Gelfand (İsrail, 2741) - 0,5:0,5


Turnir cədvəli: Karlsen – 4,5. Gelfand, Rəcəbov – 3.5. Nisipyanu – 2.5. Ponomaryov, Yue, 2.