22:00 21-06-2010
news_image
1001
STOLÜSTÜ OYUNLAR

Rəcəbov Karlsenlə yenə bacarmadı - YENİLƏNİB

Rumıniyada XX kateqoriyalı “Bazna Kings” beynəlxalq şahmat turnirində bu gün VII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, hesabat turu həmyerlimiz Teymur Rəcəbov (2740) üçün uğursuz alınıb. Qara fiqurlarla turnir cədvəlinə başçılıq edən Maqnus Karlsenlə (Norveç, 2813) üz-üzə gələn şahmatçımız məğlubiyyətə uğrayıb

VII tur

Maqnus Karlsen (Norveç, 2813) – Teymur Rəcəbov (2740) -1:0
Liviu–Diter Nisipyanu (Rumıniya, 2672) – Boris Gelfand (İsrail, 2741) - 0:1
Ruslan Ponomaryov (Ukrayna, 2733) - Van Yue (Çin, 2753) - 0,5:0,5


Turnir cədvəli: Karlsen, 5,5. Gelfand 4,5. Rəcəbov - 3,5. Yue, Ponomaryov - 2,5.