15:49 22-06-2010
news_image
667
DİGƏR NÖVLƏR

Bakıda növbəti dəfə “Qaçış Günü” keçiriləcək

Azərbaycan Olimpiya Komitəsinin təşkilatçılığı ilə ənənəvi keçirilən “Qaçış Günü” məkanını dəyişib. Apasport.az saytının məlumatına görə, hər il Dənizkənarı Parkda baş tutan beynəlxalq tədbir bu dəfə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək.

İyunun 23-də olacaq “Qaçış Günü”ndə müxtəlif məsafələrə qaçış üzrə kütləvi yarışlar keçiriləcək. Beynəlxalq Olimpiya Komitəsinin xartiyasına görə, bu tədbirə hər bir ölkə böyük önəm verir. Belə ki, “Qaçış Günü”nün təşkil edilməsində əsas məqsəd Olimpiya Hərəkatına dəstək vermək, olimpizmi təbliğ etmək, Olimpiya ideallarının dünyada vacib və əhəmiyyətli rolunu göstərməkdir.

Tədbirdən sonra saat 16:00-da Milli Olimpiya Komitəsinin inzibati binasında bu tədbirə həsr olunmuş yekun iclas keçiriləcəkdir.